Sevinc Osmanqızı kimdir?

Sevinc Osman qızı Mirzəyeva (Sevinc Osmanqızı) 22 iyun 1969-cu ildə Bakıda jurnalist ailəsində anadan olmuşdur.

2011-01-18 13:26:57
Sevinc Osman qızı Mirzəyeva (Sevinc Osmanqızı) 22 iyun 1969-cu ildə Bakıda jurnalist ailəsində anadan olmuşdur.
1986-cı ildə Osman Mirzəyev adına 190 nömrəli məktəbi qızıl medalla , 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Jurnalist fəaliyyətinə “Assa-İradə” xəbər agentliyində parlament müxbiri kimi başlayıb(1990). 
Azərbaycan Televiziyasının (AzTV) Xəbərlər Redaksiyasında müxbir işləyib (1990-1992).
Müstəqil Azərbaycan Respublikasının ilk diplomat qadını kimi, Xarici İşlər Nazirliyində 3-cü katib vəzifəsində çalışıb (1993).
İngiltərədə,  BBC radiosu Azərbaycan redaksiyasının Jurnalist prodüseri işləyib (1994-1999).
BBC radiosunun “Arts and Features” Departamentinin Azərbaycan üzrə müxbiri çalışıb (1999-2000).
ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsinin rəhbəri işləyib (2000–2008).
Azərbaycan-ABŞ Jurnalistika Akademiyasında “Jurnalistikaya giriş” ixtisasından dərs deyir.
“Sivilizasiyalar” 20 hissəli tarixi radio oçerklər silsiləsinə görə Azərbaycan Jurnalistlər İttifaqının Zərdabi mükafatına layiq görülüb (2000).
ANS TV-də yayımlanan “Cümə” və “Cümə söhbəti” verilişlərinin müəllifi və aparıcısıdır (2009).
Hal-hazırda WMW - Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədridir. 
adam.az