Ömər Muxtar kimdir?
Liviyadakı hərəkatın əsas aparıcısı, simvolu Ömər Muxtar 1862-ci ildə Liviyanın Dəfnə bölgəsinin Batnan qəsəbəsində doğulmuşdur. Anasının adı Aişə bint Muharibdir. Ömər Muxtar ilk təhsilini babası Muxtardan almışdır. Babası 1878 –ci ildə həcc zamanı vəfat etdikdən sonra onu və qardaşı Məhəmmədi böyütməyi babasının yaxın dostu Seyid əl-Giryani öz üzərinə götürdü.
Giryani Ömər Muxtarı və qardaşını Cağbubdakı İslam Elmləri Akademiyasına yazdırdı və Ömər Muxtar burada səkkiz il dini təhsil aldı. Təhsil alması ilə yanaşı özünü sənətə də alışdırdı, xarrat sənəti, əkinçilik, dəmirçilik və bənnalıq kimi bacarıqlara yiyələndi.
Muxtarın lider ola bilmə qabiliyyəti və mərdliyi ona böyük hörmət qazandırdı.. Çağbub Universitetinin təmsilçisi olaraq Sudan və Misirə göndərildi. Çağbub Universitetindəki təhsilini tamamladıqdan sonra Kasur zaviyəsinin (qəzasının) başına gətirildi. Daha sonra isə şimaldakı Ayn Kalak zaviyəsinin idarə heyətinə seçildi. Şücaəti sayəsində fransız işğalçı qüvvələri bu bölgəyə girə bilmədilər. Daha sonra yenidən Kasur zaviyəsi imamlığına qaytarıldı və onun buradakı fəaliyyəti İtaliyanın Liviyaya 1911-ci il basqınına qədər davam etdi.
Ömər Muxtar Sənusi təriqətinə mənsub idi. XIX yüzillikdə Şimali Afrikada təşəkkül tapan bu təsavvuf məktəbi qısa zamanda çox sürətlə inkişaf edərək işğalçı qüvvələrə qarşı Afrika müsəlmanlarının müqavimət hərəkatı üçün bir stimul olmuşdu.
1911-ci ildən etibarən qərb dövlətlərinin, o cümlədən İtaliyanın Liviyaya təcavüzünün artdığı bir dövrdə Liviya xalqı işğalçılara qarşı müqavimət hərəkatına başladı. Bu dövrdə hərəkatın rəhbəri Seyid Əhməd əş-Şərif əs-Sənusi idi. Seyid Əhməd uzun müddət hərəkata rəhbərlik etdi. Döyüşlərdə çox böyük mərdlik və igidlik göstərmiş Əhməd özünə edilən təzyiqlərə tab gətirməyərək Osmanlı dövlət adamlarına boyun əydi və xəlifənin dəvəti ilə paytaxta gəlməyə məcbur oldu.
Bundan sonra onun yerinə Seyid Məhəmməd İdris keçdi. Bu zaman İtaliyada böyük qarışıqlıq müşahidə olunurdu. 1922-ci ildə Benito Mussolininin başçılığı ilə faşistlərin İtaliyada hakimiyyəti ələ keçirmələri Liviya üzərindəki qara buludların daha da artmasına səbəb oldu. İtaliyanı Roma imperiyası dövründəki əzəmətinə döndərmək xəyalları ilə yaşayan italiyalılar qərbi Tripolidəki hərəkatı yatırmağı və Sənusilərin müqavimətini qırmağı birinci dərəcəli iş sayırdılar. İdris Sənusi ilə imzaladıqları bütün müqavilələri pozan italiyalılar 1923-cü ildə növbəti işğala başladılar.
Mərhum Məhəmməd Əsədin təbiri ilə desək “əlinə qılıncdan çox qələmin yaraşdığı” Əmir İdris İtaliyanın gözlənilən bu təcavüzündən qabaq Liviyanı tərk edərək Misirə köçdü. Öz yerinə qardaşı Məhəmməd Rza və əmioğlusu Seyid Seyfəddini təyin etdi. Ancaq onlar da özü kimi cihadın yükünü və liderliyi həyata keçirəcək qabiliyyətində deyildilər. İtaliyanın basqını ilə bir anlıq çaş-baş qalan mücahidlər qısa bir zaman içərisində böyük bir liderin ətrafında toplandılar. Bu qəhrəman daha öncəki müharibələrdə əsgəri dühası ilə, hətta, osmanlıların da diqqətini cəlb etdiyi və bir sənusi liderinin “Onun kimi on insan olsaydı, bizə yetərdi” dediyi Ömər Muxtar idi.
Ömər Muxtar hərəkatın liderliyini ələ aldıqdan sonra əmri altında olan qəbilələri 100-300 silahlı atlı olaraq kiçik qruplar halında yerləşdirdi. Bu qüvvələr çox cəld və iti hərəkətləri sayəsində İtaliya ordu hissələrinə basqınlar təşkil edir və bir anda aradan çıxa bilirdilər. Ömər Muxtarın tabeliyindəki qüvvələrlə İtaliya ordusu arasında 1923-cü ildən 1932-ci ilə qədər hər il ən azı əllidən artıq döyüş, toqquşma baş vermişdi.
İtaliyalılar təkcə təşkilatlanmış bir qisim Sənusi birliklərinə qarşı deyil, bütünlükdə Liviya xalqına qarşı mübarizə aparırdılar. Xalq ölüm-dirim savaşına atılmışdı. Ömər Muxtar hərəkatın mərkəzi olaraq qərargahını Calu vahəsinin Cəbələxdar (Yaşıl dağ) hissəsində qurdu. Bütün təcrübəli liderlər kimi Ömər Muxtar da kəşfiyyata böyük önəm verirdi. Qorxunu, geri çəkilməni ağıllarına belə gətirməyən sənusilər İtaliya qarnizonları arasında gizlicə gəzib-dolaşırdılar. Onlar, hətta, bədəvi çoban libası geyinərək İtaliya birliklərinin arasında dolaşır və onların hərəkət planlarını daima nəzarətdə saxlayırdılar.
Mücahidlərin tam qələbəsi üçün daha yaxşı təşkilatlanmaq lazım idi. Bu da müəyyən qədər maddi yardıma və əsgər qüvvəsinə ciddi ehtiyac zərurətini ortaya çıxarırdı. Ömər Muxtar bir müddət bunu təmin etmək üçün gizlicə Misirə getdi və İdris Sənusi ilə bir-neçə dəfə görüşdü. Ancaq İdris Sənusi Misir və İtaliya hökumətləri arasında olan münasibətləri pozmamaq üçün belə bir təklifi qəbul etmədi. Ömər Muxtarın Misirdə olduğunu öyrənən İtaliya Gizli Xəbər Təşkilatı onu barışıq masası arxasına oturmağa məcbur etmək üçün Misirə gizli nümayəndələr göndərdi. Bu gizli nümayəndələr Ömər Muxtara təklif etdilər ki, əgər cihaddan imtina edib təslim olarsa, ona Benqazidə ən gözəl malikanə, həyatının sonuna qədər rahat yaşayacağı yüksək maaş verəcəklər. Ancaq ondan tarixi bir rədd cavabı alaraq geri dönmək məcburiyyətində qaldılar. Ömər Muxtar onlara belə demişdir: “Mən hər istəyənin belə asanca uda biləcəyi bir loxma deyiləm...məni kimsə imanım, davam və cihadımdan ayıra bilməz. Allah onların iştahalarını mədələrində qoyacaqdır.”
İdris əs-Sənusi ilə keçirdiyi görüşlərdən ümidini kəsən Ömər Muxtar misirli müsəlmanların bir hissəsinin yardım vəsaitlərini alaraq birlikdə olduğu heyət ilə Cəbələxdara döndü. Geri dönərkən yolda italiyalılar tərəfindən planlaşdırılmış bir sui-qəsd də uğursuzluqla nəticələndi.
Ömər Muxtar1 1924-cü ilin fevral ayında Seyyid Əhməd əş-Şərifə ünvanladığı məktubunda haqlı olaraq yazırdı: “Salamdan sonra...Bilin ki, biz vətənin acı ve iztirablı həyat yaşayan övladlarıyıq. Vətən işğalçı qüvvələrin zülmü altında inildəyərkən İdris əs-Sənusi çıxıb Misirə getdi. Bundan sonra italiyalılar aralarında olan bütün razılaşmaları pozdular. İdris bizi buraxıb Misirdə məskunlaşdı. Biz isə özümüzü son dərəcə dağınıq bir vəziyətdə tapdıq. Getdiyi yönü və istiqaməti bilinməyən və dənizin ortasında üzən bir gəmi kimi tərk edildik. Sən də eyni şəkildə bizi buraxıb Türkiyəyə getməyi üstün tutdun. Bunu bilin ki, vallahi, vallahi və yenə də vallahi, sizi yaxalarınızdan tutacağımız gün gələcək... Sübhənallah... Dadlı olduğu və meyvə verdiyi günlərdə vətəninizə sahib çıxırdınız, acı günlərdə necə tərk edib gedirsiniz? Misirə, İdrisin yanına getdik. Ondan yardım istədik. Ancaq bizə, “gedin, öz başınızın çarəsini tapın, bizim sizə edə biləcəyimiz heç bir yardım yoxdur”- deyə bizi əliboş göndərdi. Yanaqlarımızı sulayan acı göz yaşlarımızla Misirdən cəbhəmizə döndük. Ancak bunu yaxşı bilin ki, biz Allaha təvəkkül edərək vətənimizə geri döndük və qanımızın son damlasına qədər dinimizi, vətənimizi və canımızı müdafiə etmək və düşmənə əsla təslim olmamaq üçün əhd bağladıq. Ancaq yenə də bir çox şeyə, xüsusilə, silah, sonra pul, ərzaq və geyimə möhtacıq. Yardımçımız Allahdır, Allah...Tələsin...Yardımda sürətli davranın, imkanınız nəyə çatırsa, az və ya çox deməyin!”
1929-cu ilin fevral-mart aylarında düşmən təcavüzü daha da gücləndi. Ömər Muxtar İtaliya ordusunun bombardımanları altında böyük müqavimətə hazırlaşdı. Ancaq döyüşə bir müddət ara vermək mücahidlərə də uyğun idi. Ömər Muxtar və dostları iyun ayının 13-də italiyalı Siciliani ilə , iyun ayının 18-də Badoglio ilə və iyun ayının 28-də isə yenidən Sciliani ilə Cəbəlin müxtəlif yerlərində görüşdülər. İki ay sürən atəşkəsin oyundan başqa bir şey olmadığını görən Ömər Muxtar oktyabr ayında atəşkəsi pozdu və müqaviməti davam etdirdi.
1929-cu il dekabrın 8-də mücahidlər Benqazidəki İtaliya qərargahına hücum etdilər. Buradakı İtaliya hərbi birləşmələri tamamilə məhv edildi, qərargah isə havaya uçuruldu. Bu isə işğalçılar arasında böyük bir çaşqınlıq yaratdı. Mussolini vəziyyəti dəyişməyə cəhd göstərdi və ordunun başına general Rodolfo Qraziani gətirildi.(10 yanvar 1930-cu il) Qraziani həm nüfuzdan düşməmək, həm də mücahidlərin Misir sərhədləri boyu ərazilərin sakinlərindən yardım almalarının qarşısını almaq üçün sələflərinin etmədiyi bir işə - Liviyanın cənubundakı italiyalilarin tuta bilmədikləri Kufranı işğal etməyə girişdi. 1930-cu ilin sonları üçün aparılmış hazırlıqlardan sonra, 1931-ci ilin yanvar ayında Kufra işğal olundu. İtaliyalıların burada həyata keçirdiyi qətllər, işgəncə və təcavüzlər dillərdə dastandır. Qraziani təslim olmuş xalqın gözləri qarşısında Qurani Kərimi parça-parça edib ayaqlarının altında tapdalamış və “Haydı, çağırın da (hâşâ) bədəvi Peyğəmbəriniz köməyinizə gəlsin” demiş, ertəsi gün şəhərin qabaqcıl alimlərini təyyarələrdən atdırmışdı. Vahədəki bütün xurma ağacları kəsilmiş, quyular doldurulmuş, Mehdi Sənusiyə aid tarixi kitabxana yandırılmış və insanların namusu ləkələnmişdi.
Kufranın əldən çıxması ilə mücahidlərin əlində müdafiəsiz Cəbələxdar qalırdı. İtaliyalılar yavaş-yavaş nəzarət altına alırdılar. Artıq Cəbəldə son döyüşlər gedirdi. Ömər Muxtar bu durumu 1931-ci ilin yanvar ayının son günlərində Misir sərhədlərini gizlicə keçib, onunla görüşən Məhəmməd Əsədə belə bildirmişdi: “ Övladım, sən də görürsən ki, həqiqətən artıq bizə tanış vadinin sonuna gəlmişik. Döyüşürük, çünki düşməni bu torpaqlardan çıxardıb atana qədər, ya da bunun üçün ölüncəyə qədər imanımız və azadlığımız üçün mübarizə aparmaq məcburiyyətindəyik. Başqa yolumuz yoxdur. Allaha məxsusuq və Ona dönəcəyik. Qadınlarımızı, uşaqlarımızı Misirə göndərdik ki, Allah bizi ölümə çağırdığı zaman dönüb arxamıza baxmayaq.”
11 sentyabr 1931-ci il...Ömər Muxtar və bir-neçə mücahid Silanta ərazisində səhabələrdən Hz. Rafinin qəbrini ziyarət etmək qərarına gəlir və italiyalıların nəzarətindəki bölgəyə daxil olurlar. İtaliya kəşfiyyatı bundan xəbər tutur. Vadini mühasirəyə alırlar. Qurtuluş imkanı yox idi. Mücahidlər son nəfəslərinə qədər döyüşdülər. Son anda Seyyid Ömərin də atı vuruldu və o, yerə yıxıldı. Ancaq, bu, yaşı yetmişi keçmiş ixtiyar aslanı ruhdan salmadı, özünü toplayıb tüfəngi ilə atəş açmağı davam etdirdi. Əlindən yaralandıqda tüfəngi digər əlinə aldı. Artıq edə biləcəyi bir şey qalmamışdı, əsgərlər üzərinə hücum etdilər və onu əsir aldılar. Öncə Süsəyə sonra Benqazidən 60 km uzaqlıqdakı Suluka apardılar. Burada İtaliya ordusunun baş komandanı Qrazianinin qarşısına çıxardıldı. Bu görüşdəki münasibətlərdən təsirlənən general sonralar onun haqqında bunları yazmışdı: “Otağıma girdiyi andan çıxıb getdiyi ana qədər onun vüqarına və xasiyyətinə son dərəcə heyran qaldım Onun davranışlarını çox bəyəndim və heyran qaldım.”
Sonralar Qraziani xatirələrində Ömər Muxtar haqqında bunları deməkdən özünü saxlaya bilmirdi: “Ömər Muxtar inancına, əqidəsinə son dərəcə bağlı bir adam idi. Onun bu inancını yıxmağa çalışan kim olursa olsun, onu böyük bir həyəcan və əzmlə yerinə oturdardı. O, vətəninə təcavüz edənlərə qarşı da qorxmadan mübarizə aparırdı. Vətəninə qarşı edilən hər hansı bir təcavüzü qarşılıqsız buraxmağı qəbul edəcək bir şəxsiyyət deyildi.” “ O qarşısındakına anında cavab verəcək üstün bir zəkaya sahib idi. Eyni zamanda Ömər Muxtar yüksək səviyyədə dini mədəniyyətə sahib idi. O, dininə aid heç bir şeyə laqeyd yanaşmayacaq və dinini hər hansı bir maddi mənfəət qarşılığında satmayacaq üstün bir kişiliyə sahib idi. Heç bir dünyəvi nemət dalınca qaçmayan bir insan olmaqla yanaşı, həm də fəqir birisi idi. Din və vətən sevgisindən başqa heç bir dünyəvi şeyə də malik deyildi.” “Ona canlı və hazır bir zəka bəxş edilmişdi. Dini məsələlərdə yaxşı bir təhsil almış, hərəkətli, təvazökar şəxsiyyətli idi.”
Mücahidlərin təslim olması təklifini rədd edən Ömər Muxtar 15 sentyabr 1931-ci ildə İtaliya məhkəməsi qarşısına mühakimə edilmək üçün çıxarıldı. O, məhkəmə önündə bunları dedi: “Hökm və qərar yalnız Allahındır. Sizin bu saxta və uydurma hökmünüzün heç bir keçərliliyi yoxdur. İnnə lilləh və innə ileyhi raciun (Biz Allahın qullarıyıq və sonda Ona dönəcəyik)”.
Həmin gün, ümumi düşərgələrə gətirilən minlərcə liviyalının gözləri önündə qorxmadan dar ağacına qalxdı. Fəcr surəsinin son ayətlərindən “Ey huzura çatmış nəfs! Razı edici ve razı edilmiş olaraq Rəbbinə dön” ayətləri dilində səsləndi... Azadlığı üçün her şeyindən keçdiyi yaşıl dağlara son dəfə baxtdı və bir milləti yetim buraxaraq əbədiyyət aləminə doğru qanatlandı.
1932-ci ildə Mədinədə Məhəmməd Əsədə Ömər Muxtarın şəhid olması barədə xəbər çatdıqda belə dedi: “Ömər Muxtar öldü... Bu Sireneyka aslanı, yetmiş yaşlı ağsaqqal olmasına baxmayarq xalqının azadlığı üçün sonuna qədər savaşan Ömər Muxtar demək öldü... İztirab və əziyyətlərlə davam edən on il boyunca ən müasir silahlarla, təyyarələrlə, artileriya ilə təhciz edilmiş düşmən ordularına, özündən ən azı on qat daha böyük İtaliya qüvvələrinə qarşı xalqın mübarizəsinə bayraqdar olan Ömər Muxtar... Karabinlərdən və bir neçə atdan başqa bir şeyləri olmayan, yarı ac mücahidlərinin başında nəhəng bir əsir düşərgəsinə çevrimiş bir ölkənin son qarışına qədər ölüncə vuruşan qoca Ömər Muxtar...”