Heyvan reydi
Restoranlarda icazəsiz saxlanılan 3 canavar, 3 qartal, 3 anqurt, 3 qutan, 1 qu quşu, 2 ayı, 1 maralı müsadirə edilib
Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə növbəti reyd keçiriblər. ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ANS PRESS-ə verdiyi məlumata görə, reyd zamanı Beyləqan rayonunda fəaliyyət göstərən “Həyat” restoranından 3 canavar, 3 qartal, 3 anqurt quşu, 3 qutan quşu və 1 qu quşu, Samux rayonundakı şərab zavodunun həyətindən 2 ayı, Şamaxı rayonunda fəaliyyət göstərən “Qızıl daş” restoranından isə 1 maral müsadirə olunaraq götürülüb.
Qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.
ANS TV
Qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.
ANS TV