Azərbaycanın seysmoloji xəritəsi hazırlanır
Azərbaycanın bütün ərazilərində seysmik vəziyyəti dəqiq bilmək üçün seysmoloji məntəqələri artırmaq lazımdır. Trend-in məlumatına
Azərbaycanın bütün ərazilərində seysmik vəziyyəti dəqiq bilmək üçün seysmoloji məntəqələri artırmaq lazımdır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə AMEA-nın Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov deyib.
"Azərbaycanda lazımi səviyyədə seysmoloji xəritə yoxdur. Biz bunun üzərində işləyirik. Əsas məqsədimiz seysmik təhlükəsizlik xəritəsinin, zəlzələlərin ssenarilərinin hazırlanması və geo-dinamik tədqiqatların aparılması istiqamətində işlərin görülməsidir", - Qədirov bildirib.
Azərbaycan 9 ballıq aktiv seysmik zonada yerləşir.
TREND