ABŞ-ın dövlət katibi və Ukraynanın XİN başçısı arasında telefon danışığı olub
Bu barədə Ukraynanın XİN başçısı tviterdə yazıb.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
“Biz Ukraynanı qorumaq üçün səyləri aktiv şəkildə koordinasiya etməyə davam edirik. Ukraynaya makromaliyyə yardımı göstərmək qərarına görə ABŞ-a minnətdarıq. ATƏT Xüsusi Monitorinq Missiyasının fəaliyyətini də müzakirə etdik. Ukrayna onun tam fəaliyyət göstərməsində maraqlıdır”, - D.Kuleba qeyd edib.