Azərbaycan yanvarda gündəlik 580,9 min barrel xam neft hasil edib
2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barel olub. Bunun 593 min barelini xam neft, 159 min barelini isə kondensat təşkil edib.
Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub.
Energetika Nazirliyindən verilən məlumata görə, bunun 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib.
Məlumata görə, 2021-ci ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 51,5 min barel və ya 6,85 % azdır.
Xam neftin hasilatı 2021-ci ilin ilk ayı ilə müqayisədə ölkədə xam neftin hasilatı 12,1 min barel və ya 2,04 % çoxdur. Ötən ilin eyni ayı ilə müqayisədə kondensat hasilatı isə 39,4 min barel və ya 24,8 % azdır.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulurdu.