Bu günə qədər amnistiya tətbiq edilənlərin sayı AÇIQLANDI
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bu günə qədər Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən 12 570 nəfərə amnistiya tətbiq edilib.
Bildirilib ki, proses “8 Noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı çərçivəsində həyata keçirilib.
Amnistiya onlardan 5 009-u Penitensiar, 6 759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 8 138 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 3 630 nəfərin isə cəzası azaldılıb.