Ötən il Bakıda neçə uşaq sığınacağa təhvil verilib?
Ötən il Bakıda 61 uşaq sığınacağa təhvil verilib, onlarla bağlı hüquqi tədbirlər görülüb.
Daxili İşlər Nazirliyindən Timeturk.com-a bildirilib ki, 2021-ci ildə paytaxt ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması ilə bağlı 14 reyd keçirilib.
Bildirilib ki, 5 nəfər barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Qeyd edilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin rayon polis idarələrinin əməkdaşları tərəfindən 121 maarifləndirici görüş, 347 reyd keçirilib.