Ramiz Mehdiyev istefa ərizəsini prezidentə təqdim edəcək
O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı.
"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün işə çıxmayıb".
Bunu "Report"a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, Ramiz Mehdiyev sonuncu dəfə dünən - fevralın 16-da işə çıxıb: "O, akademiyada və Rəyasət Heyətində bəzi işlərini yekunlaşdırmaq üçün işə çıxmışdı. Ramiz Mehdiyev istefa ərizəsini yazaraq yekunlaşdırıb. Məndə olan məlumata görə o, istefa ərizəsini bu gün təqdim edəcək".